Necə ki bəyənib qurbağa divi.
Div də qurbağanı eləcə sevir.
Yamanca süslənib yalanın evi,
Həqiqət asılıb dar ağacından.
Adil qalib gələr bir gün nəhayət,
Zalımdan gözləmə sən heç mərhəmət.
Ağaca bənzəyir əsl məhəbbət,
Heç əskik olmayır bar ağacından.
Bir sünbül dənəsi artar, yüz olar,
Doğrunun ilqarı rəvan, düz olar.
Əriyər, şaxtadan donub buz olar,
Sırsıra sallanar qar ağacından.
Kayıt Tarihi : 8.6.2018 14:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!