Tez ötdü gənclik qatarı,
Qalmadı qəlbin tutarı.
Mən gəzirdim ilk baharı,
Yolum boran,qara düşdü.
Sevirəm narın yağışı,
Qarın çəkdiyi naxışı.
Çox tez gəldi ömrün qışı,
Könlüm yaman dara düşdü.
Görən nə ımiş günahım,
Tərk eylədi məni şahım.
Dünyanı yandırdı ahım,
Ağ şəklim qapqara düşdü.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!