Qapının o üzünde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qapının o üzünde

Bu qapının o üzündə duman vardır,
Ayrılığın sonücüna güman vardır.
Baxışların buxarlanıb tüstü-tüstü,
Naxışların toparlanıb isti-isti.

Orda neçə xatirə var. Açılmayıb.,
Günəşim var, hələ nuru saçılmayıb.
Ordan gəlir babaların ayaq səsi,
Eşidilir keçmişlərin təntənəsi.

Aç qapını, keç içəri, mənim dostum,
Qızıl-gümüş xatirədir altı-üstü.
Mən də gəlim, xatirələr lal olmasın,
Dəyişib də zər rəngləri al olmasın.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 07:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu