Qanadsız quş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qanadsız quş

Ürəyim sıxılır.Aralarında
Qalmışam həsrətlə hicranın, aman.
Sinəmə vurduğu yaralarından.
Elə bil zövq alır bu zalım zaman.

Isidib könlümü bir şirin sözlə,
Çəkdiyim acıyçun danlayanım yox.
Təbəssüm bəxş edən gülümsər gözlə,
Halıma yanaraq anlayanım yox.

Xəyalın qanadsız quşa bənzəyir,
Gözümün önündən çəkilmir bir an.
Ayrılıq qəm yeyib, nuşa bənzəyir
Dağıdıb ömrümü, qoyubdur viran.
12.09.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu