Günəşi sönük bilirsən.
Sevəni dönük bilirsən.
Nə uşaq, böyük bilirsən,
Qanacağın olsun, həyat.
Işıqlaşsın bucağımız.
Boş qalmasın qucağımız.
Alov saçsın ocağımız,
Yanacağın olsun həyat.
Ətrafına boylan hərdən,
Fərəh ilə dolsun hər dəm.
Bizləri dost, munis, həmdəm
Sanacağın olsun həyat.
Nolar, həsrəti oyala,
Qara günü ağ boyala.
Bircə dəfə xoş xəyala,
Dalacağın olsun, həyat.
Ala gözü nəm verirsən,
Şənliyi hey kəm verirsən.
Bizə ancaq qəm verirsən,
Alacağın olsun, həyat.
Kayıt Tarihi : 1.5.2022 15:33:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!