Səni əğyar ilə gördüm,sanma ki bağrım qan oldu,
Sənin riyakar sözlərin onda mənə əyan oldu.
Bildim yalanlar satmısan məim tək o afətə də,
Ayrılığa dözüm gərək. Kədər-qəmim bir an oldu.
Qızılgülün sag sevgisi qaya dələr, daşı dələr.
“Bircə əldə iki qarpız olmaz”-deyibdir dədələr.
Yalan imiş, palan imiş sənin verdiyin vədələr,
Uçdu sevgi komamız, talan oldu, viran oldu.
Inanırdım eşqimizə, sənsə satdın onu yada,
Məhəbbətlə surətini salmaq istəməzdim yada.
Mən şairəm, neynəyim ki bu aləmdə, bu dünyada
Nə eşqimi, sevincimi,nə qəmimi duyan oldu.
Kayıt Tarihi : 9.12.2023 08:22:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!