Çatarıq söz anına,
Batarıq köz danına.
Bir gün də öz yanına,
Qaldır,Ilahi, qaldır.
Ümidim bir qarışdır,
Gümanım aldanışdır.
Vazkeçilməz yarışdır,
Aldır İlahi, aldır.
Bu taleyin oyunu,
Görək övlad toyunu.
Sevək nəvə boyunu,
Baldır, İlahi, baldır.
Həyatın qədrin bilim,
Xoş keçsin ayım, ilim.
Onu görəndə dilim,
Laldır, İlahi, laldır.
Getməm dərd bölgəsinə,
Sığınmam kölgəsinə.
Məni dost cərgəsinə,
Saldır, İlahi, saldır.
01.02.2019
Kayıt Tarihi : 9.3.2019 10:46:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!