Qal, qadan alım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Qal, qadan alım


Gözlərim şipşirin uyğuya möhtac,
Qəlbim həzin, lirik duyğuya möhtac.
Olmuşam təsəlli, qayğıya möhtac,
Gəl mənim könlümü al, qadan alım.

Insan ümid bağlar səcdəgahına,
Tapınar müqəddəsa qibləgahına.
Dönsən bu dünyanın qəm dərgahına,
Məni də yadına sal, qadan alım.

Düşmən ocağında su ilinməsin,
Çəkdiyim ağrılar qoy bilinməsin.
Adın ürəyimdən heç silinməsin,
Əbədi qəlbimdə qal, qadan alım.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu