Bu aləmin qara zərdən naxşı var,
Hər insanın həyata öz baxşı var.
Tez dəyişir dünyasını yaxşılar,
Gülüm,pislə di təkbətək qal görüm.
Vüsalının bağlı qalıb qolları,
Quruyubdur al qızılgül kolları.
Seçəmməzsən,görünməz dağ yollari,
Duman, sislə di təkbətək qal görüm.
Fələk ilə bacarmaz ki qüdrətin,
Vəslə gedən yolu kəsib həsrətim.
Bilirəm ki,səni üzür möhnətim,
Acı hisslə di təkbətək qal görüm.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!