Qal, dediler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qal, dediler


Küsüb məndən alagözlüm,
“Get könlünü al”-dedilər.
Kəlmə kəsmir şirin sözlüm,
“Bəlkə olub lal”-dedilər.

Görən mənlə barışarmı,
Nəfəsimiz qarışarmı.
Şeriyyətdə yarışarmı,
“Sözü şəkər bal “-dedilər.

Al çiçəklər qurub halə,
Billur təkin parlar jalə.
Yaraşıqdır gözəl lalə,
“Üzündə var xal”-dedilər.

Baxışları süzgün olar,
Onsuz bir gün yüz gün olar.
Canım qəmdən üzgün olar,
“Qalmaz səndə hal”-dedilər.

Yurdu qalıb, köçüb lələm,
Gözlərində dərd -qəm, ələm.
İstədim ki dönəm, gələm,
“Sevinc, qonaq qal”-dedilər.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu