Qal arasında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qal arasında

Həsrətindən başım elə şişib ki,
Qalmışam qeyl ilə qal arasında.
Dərdindən ürəyim elə bişib ki,
Rəngi narıncıyla al arasında.

Başımı yazmaqla qatıram eşqim,
Röyada vüsala çatıram, eşqim.
Kədər dənizində batıram, eşqim,
Xilasım gəmiylə sal arasında.

Sevinc, sən bu yolda çox çəkdin zillət,
Sevilmək olubdur ən böyük töhmət.
Bir tərəfdə həsrət, birində möhnət,
Dözə bilirsənsə qal arasında.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu