Susub ürəyimin sarı bülbülü,
Rəngini dəyişib, dilin dəyişib.
Daha çağırmayır bağda gül-gülü,
Çünki şah taxtında ölüm əyləşib.
Ruhumun hardasa dincəlməsiyçün,
Gərək xatirəndən bir oda yapım.
Susan qəlb tarımın dillənməsiyçün,
Günəşə açılsın pəncərəm, qapım.
Pəncərəm önünə göyərçin qonar,
Susaraq baxaram uçmasın deyə.
Sadəcə qapımı döy, içim donar
Inlərək dönərəm yaralı neyə.
Xəyalım çapacaq səma boyunca,
Axtarıb ruhunu tapacaq yəqin.
Söhbət edəcəklər birgə doyunca,
Dünya məhvərindən qopacaq yəqin.
Səninlə danışıb gülməsəm də mən,
Yaralı qəlbimdə adın yaşayır.
Dünyanı tərk edib ölməsəm də mən,
Qaraya bürünmüş qadın yaşayır.
12.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!