Son dəfə getdiyim görüş yoluydu,
Qızılı çayımın gümüş qoluydu.
Gedəndə bahardı.Gülüş doluydu.
Payız gözlərinin qadasın alım.
Bəzən mat qalıram belə dözümə,
Özüm heyran ollam daim özümə.
Hər biri şillə tək dəyir üzümə,
Ayaz sözlərinin qadasın alım.
Neynək, belə gəldi bu tale, bu baxt,
Ayrılıq qurmuşdu bizim üçün taxt.
Hər yağan qar-yağış yumazdı bir vaxt,
Dayaz izlərinin qadasın alım.
Heç səni bulmasın dərdi-bəlalar,
Hüznlər, matəmlər. Acı məlallar.
Sənə yaxın gəlməz qara xəyallar,
Bəyaz hisslərinin qadasın alım.
Kainat bizlərə açanda qucaq,
Inanmam baxacaq üzümə sıcaq.
Birləşsə olacaq atəşin ocaq,
Yalqız közlərinin qadasın alım.
Kayıt Tarihi : 26.5.2022 08:07:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/05/26/qadasin-alim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!