Çəksən düşər qan,adımı,
Könül yaran qanadımı.
Sındırdın qol-qanadımı,
Uça bilmədim.bilmədim.
Qəlbimdə həsrətdən yara,
Fərhad gərək dağlar yara.
Ürəyimi dosta,yara,
Aça bilmədim,bilmədim.
Verdik nəzir-niyazı da,
Yola saldıq bu yazı da.
Tale yazan bu yazıdan,
Qaça bilmədim,bilmədim.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!