Ildırımın çaxmağından,
Cinahını görürsən.
Göydən leysan axmağında,
Günahını görürsən.
Sağalmayan yaraların,
Qaysağını qopardın.
Dərdə dərman çaraların,
Mərkəzinə top atdın.
Dağıldı da birər-birər,
Yığmağa çalışıram.
Qəm özünü görər-görər,
Sıxmağa alışıram.
Köçüb gedən fərəhimin
Yerini qəm tutubdur.
Açılmayan səhərimi,
Dan yeri unudubdur.
Sarı-sarı tellərimi,
Buz kimi qar ağartdı.
Bir vaxt zərif əllərimin
Içi qabar-qabardır.
09.05.2019
Kayıt Tarihi : 29.5.2019 11:07:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/05/29/qabar-qabardir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!