Qurtardım dağ yolu kimi,
Qurudum gül kolu kimi.
Qəfil yağdı dolu kimi,
Qəm ömrümü puç eylədi.
Ov tapmayır eşq səyyadı,
Eşidilməz qəlb fəryadı.
Başına yığıb dost-yadı,
Vüsal burdan köç eylədi.
Günəş zərrəsin sayırdı,
Nurun aləmə yayırdı.
Aşiqləri tez ayırdı,
Fələk böyük suç eylədi.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 09:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!