Məni əldən salır baş ağrıları,
Gah quru, gah da ki yaş ağrıları.
Sinəmin üstdəki daş ağrıları .
Pozmaq istəyirəm pozmaq, əzizim.
Bilirsən, titrəyir burnumda qoxun,
Qəlbimə dolmusan, şerimdə oxun.
Işıqlı , nurludur gördüyüm yuxu
Yozmaq istəyirəm, yozmaq əzizim.
Zülmət tək qaranlıq gecələrində,
Bilirsən, keçmişəm neçələrindən.
Şəhərin o sənli küçələrində,
Azmaq istəyirəm, azmaq, əzizim.
Sanıram yoxluğun həqiqət deyil,
Sən məndən özgəyə salmadın meyil.
Parlaq xatirənə neçə min şeir,
Yazmaq istəyirəm, yazmaq,əzizim.
Kayıt Tarihi : 13.12.2021 08:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!