Yığışaraq uşaqlar,
Zooparka gedək biz.
Yaxın olsun uzaqlar,
Qoysun ömrümüzdə iz.
Bu canlı heyvanların,
Yerləri dar qəfəsdir.
Bizim duyduqlarımız
Eşidilməyən səsdir.
Necə xilas eyləyək
Qəfəsdən heyvanları.
Unutduraq onlara,
Bu kədərli anları
Ana yer kürəsini
Səyahət edib dolaşaq.
Sevimli dostlar ilə
Planeti paylaşaq.
Axı quşların yeri,
Geniş mavi səmadır.
Təbiət heyvanlara
Qayğısevər anadır.
Balıql üzsün dənizdə,
Səhra sevir ilanlar.
Heyvanlar da bizim tək,
Mehr salar, dil anlar.
Cəngəllikdə meymunlar,
Ayı kahada qışlar.
Hər heyvanın yurdu var,
Azadlığa alqışlar.
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/05/05/planeti-paylasaq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!