Piri menimdir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Piri menimdir

Bu gələn deyəsən pullu tülküdür,
Onun geyindiyi aslan kürküdür.
Əgər deyilirsə pul əl çirkidir,
Bu çirkli əllərin kiri mənimdir.

Pulsuz olarmı heç canan bizə yar,
Onsuz olar dünya başıma, bil dar.
Gözümüz önündə iki sandıq var,
Kiçiyi sənindir, iri mənimdir.

Bu ki nə əzəldir, nə də ki sondur,
Gözəllik ondursa doqquzu dondur.
Şəhərin işığı mindir, milyondur,
O yanan işığın biri mənimdir.

Bu yerin mənim tək zəngin şahı var,
Neynim, kimin dərdi, kimin ahı var.
Bu yaşıl çəməndə neçə ahu var,
Ölüsü sənindir, diri mənimdir.

P,S
Sən ey öz xalqını talayan nadan,
Batacaq tezliklə qızıldan adan.
Qaziyə biganə, yad olan adam,
Şəhid məzarı tək pirim mənimdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.10.2023 14:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!