Petrol sevgilim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Petrol sevgilim

Bir zaman qalxmışdıq göyün qatına.
Minmişdik fələyin qarğı atına.
Nə vaxt ki düşürəm yerin altına,
Yadıma düşürsən metro sevgilim.

Həsrət hicran ilə vüsala çatır,
Ayrılıq gölündə gör kimlər batır.
Xatirən hələ də sinəmdə yatır,
Ay mənim qədimi, retro sevgilim.

Payız gələn kimi rəngin sozalır,
Üzünü-gözünü yaman toz alır.
Qiymətin gah artır, gah da azalır,
Kömür tək qapqara, petrol gevgilim.
04.02.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu