Peşman eyleyer Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Peşman eyleyer

Düşmən qapısını döyərsə əlin,
Özünü “saf”lıqda öyərsə əlin,
Bir dəfə rüşvətə dəyərsə əlin,
Iştah diş artırar, düşmən eliyər.

Sən vurul dünyanın özəlliyinə,
Dağların, daşların əzəlliyinə.
Uyarsan yeməyin gözəlliyinə,
Tamah şiş artırar, şişman eyləyər.

Yaşama haqqını ödərsən bir gün,
Fələyin badına gedərsən bir gün.
Çaşıb dediyini edərsən bir gün,
Günah iş artırar, peşman eyləyər.
04.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 09:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu