Perimsen, gülüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Perimsen, gülüm

Hicranla bərk dostam, rəfiqəm nədən.
Ziyası qaralmış əqiqəm nədən.
Mən sənin sevincli dəqiqən, nədən,
Sən mənim ağrılı yerimsən, gülüm.

Sən həyat bağından çiçək yığmayan,
Vüsalın bir anlıq əlin sıxmayan.
Min sətrə, misraya, bəndə sığmayan,
Hələ yazılmamış şeirimsən,gülüm.

Duyğular içində bəzən azıram,
Könüllü ölümə belə hazıram.
Sənin həsrətindən şeir yazıram,
Mənim ilham adlı pərimsən, gülüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu