Peri,gelirim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Peri,gelirim

Könül baxçamızda güllər əkilsin,
Tez açılsın səhərim.Dan sökülsün.
Istərəm ki saçlarına tökülsün,
Al günəşin parlaq zəri.Gəlirəm.

Dənizçiyəm,Üzməyə bir gəmim yox,
Nəğməkaram.Zilim çoxdur, bəmim yox.
Mən insanam.Sanmayın ki qəmim yox,
Unudaraq dərdi-səri, gəlirəm.

Darıxıram o qarlı dağım üçün,
Ah çəkirəm o xoşbəxt çağım üçün.
Bağban kimi əsirəm bağım üçün,
Axıdaraq alın təri, gəlirəm.

Şad günümdə əziz qonağım ol sən,
Isti yayda yaşıl qovağım ol sən.
Ər igidim,mərdim, qoçağım ol sən.
Səhraların cəsur nəri, gəlirəm.

Könül, həddini bil, səddini aşma.
Dəliçaylar kimi kükrəyib daşma.
Tutar şairliyim, qoşaram qoşma,
Dünyada ən gözəl pəri, gəlirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!