Pəncərə önündə əyləşən gözəl,
Nədir ala gözlər yenə yol çəkir.
Gecələr xəyalla əlləşən gözəl,
Deyən ayrılığa daha qol çəkir.
Gəldin mən deyənə, şükür, İlahi
Öyrənə bildinmi xar xislətini.
Göz yaşın sel kimi tökür, İlahi
Ah, necə çəksin ki yar xiffətini.
Kimin yalanına belə uymusan,
Kim imş yolundan çıxardan səni.
Axır səhv etdiyin özün duymusan,
Yox, başa salıblar yuxardan səni.
Kayıt Tarihi : 23.6.2018 16:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!