Qan ağlar göy nədən, gülüm,
Qəmi qəlb göynədən gülüm.
Heç bilmirəm nədən, gülüm,
Səni sevmək günah olar.
Könül evidir sökdüyüm,
Qüssə gülüdür əkdiyim.
Sonuncu dəfə çəkdiyim,
Qəlbdən qopan min ah olar.
Dərd oturub ağ taxtımda,
Səadət yoxmuş baxtımda.
Ən çətin , ağır vaxtımda,
Təkcə Tanrım pənah olar.
Kayıt Tarihi : 29.6.2018 10:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!