Peleng ilim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Peleng ilim

Səpələ ömrümə gözəl ətir sən,
Virusa, kovidə ol ki çətir sən.
Özünlə birlikdə sülhü gətir sən,
Olmasım müharibə, nə də cəng, ilim.

Var olsun özümə dost bildiklərim,
Ağlarkən göz yaşın hey sildilkərim.
Şadlıqda danışıb şən güldüklərim,
Gəlsin dostlarımdan tez-tez zəng, ilim.

Ürəyim döyünər daim solumda,
Bənövşə gül açar yaşıl kolumda.
Başımı qoyaram dostun yolunda,
Düşmənlər etməsin məni dəng, ilim.

Bir kimsə küsdürüb qəlbə dəyməyə.
Utancdan başını yerə əyməyə.
Söz sözə calansın, nəğmə nəğməyə,
Şeirlə yaransın xoş ahəng, ilim.

Daim güclü olsun könül yaddaşım,
Gül-çiçək bitirsin torpağım, daşım.
Bu il tamam olur düz altmış yaşım,
Yenə xoş gəlirsən ay pələng ilim.
Mənimlə sevinsin öz obam, elim.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu