Mən sənsiz ölmürəm ki ,
Kədəri bölmürəm ki,
Tərpənə bilmirəm ki,
Həsrətin əlindəyəm.
Dalıb apardı məni,
Çalıb apardı məni.
Alıb apardı məni.
Möhnətin elindəyəm.
Qaralmış qovağında,
Saralmış budağında,
Tənqidin dodağında,
Töhmətin dilindəyəm.
Dünya həmin həmin də,
Fərəhində,qəmində.
Muğamatın bəmində,
Nəğmənin zilindəyəm.
Qonaq qalam bürcündə,
Seyrə dalam bürcündə.
Şirin qala bürcündə,
Pələngin ilindəyəm.
29.04.2019
Kayıt Tarihi : 30.4.2019 15:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!