Pehlim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Pehlim

Günəş göydən nur ələyir,
Məzarı nura bələyir.
Neynim, amansız fələyin
Gəlmədi ki mənə rəhmi.
Pəhlim.

Fələk oynar külüm ilə,
Tezcə solan gülüm ilə.
Qarşılaşdız ölüm ilə,
Heç ağır gəlmədi zəhmi,
Pəhlim.

Tanrım, nələr etdiniz siz,
Arzu-kama yetdiniz siz.
Şuşayadək getdiniz siz.
Güclü idi zəkan, fəhmin,
Pəhlim.

Acı imiş həsrət dadı,
Ağlatdınız dostu, yadı.
Müqəddəsdir şəhid adı,
Can ilə alınar səhmi,
Pəhlim.

Ananın sinəsi dağlı,
Sənə gedən yollar bağlı.
Yarım qaldı sevgi nağlı,
Nərmindir bu eşqin bəhri.
Pəhlim.

Vətən eşqi qanınızda,
Əsil dostlar yanınızda.
Qurban gedən canınızla,
Azad etdiz neçə şəhri.
Rəhli.

Özünüzü unutdunuz,
Qaya tək məğrur durdunuz.
Qartal kimi qıy vurdunuz,
Yarıldı düşmənin zəhri,
Pəhlim.

Qırx dörd günə zəfər çaldın,
Neçə-neçə medal aldın.
Sənli xəyallara daldım.
Boğa bilməyirəm qəhri,
Pəhlim.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!