Payızın rəngidir üzümə çökən,
Nə qədər yusam da dadı getməyir.
Ilahi kədərdir gözümə çökən,
Gözümün önündən adı getməyir.
Samuray axtarır bu axşam könlüm,
Mən ona “Yox” deyim, xakari etsin.
Neynəyim Tanrıya, başına dönüm
Məni həyatının şəkəri etsin.
Təkərə düşmüşəm deyən yamanca,
Elə bil dünyanın axırı çatıb.
Mənə dost olmayır zalım zamanca.
Içibdir həsrətin çaxırın, yatıb.
Yenı xatirələr hücuma keçdi,
Sağımdan-solumda vurdular məni.
Yüz hissin içindən vüsalı seçdim,
Ayrılıq çətin ki durdurar məni.
Sahilə can atan ləpə kimiyəm,
Qızılı qumlara hopacağam mən.
Torpaqdan ibarət təpə kimiyəm,
Azacıq yağışdan qopacağam mən.
02 12.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:29:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!