Səhər açılmamış ürəyimi qəm,
Qüssə də alıbdır kədər qarışıq.
Yenə gözlərimin giləsi yaş, nəm
Əzəldən yazıbdır qədər qarışıq.
Biz hansı dünyanın insanıyıq ki,
Üzümüz güləndə qəlbimiz ağlar.
Payızın aramsız leysanıyıq ki,
Göy sular sel olar, dənizlər çağlar.
Səma göz yaşıyla yuyub xəyalı,
Könlümdən irağa sürgün eyləyər.
Yaxına çağırıb acı məlalı,
Görməyən gözümə mürgün eyləyər.
07.05.2019
Kayıt Tarihi : 9.5.2019 11:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!