Sanmazdım ömrümü belə bəzərlər,
Bəlkə də duymazdım onu əzəllər.
Ayağım altında sarı xəzəllər,
Burnuma payızın ətiri gələr.
Bir yaş da artır bax, yaşımın üstə
Daha daş tökülməz daşımın üstə.
Göydən dolu yağsa, başımın üstə
Sevgi ağacının çətiri gələr.
Qısqanma, əzizim, sevinc yaşıma,
Sən də fərəhlə bax ləl qaş-daşıma
Hara addım atsam, mənim qarşıma,
Dünyanın gəliri-götürü gələr.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!