Payızım menim Şiiri - Sevinc Arzulu

Payızım menim

Tanrım, min şükürüm var bü günümə,
Zəfərin nurunu səpdin önümə,
Sən elə müjdəylə gəldin ömrümə,
Qələbə ətirli payızım mənim.

Qaçıb düşmənimin, qaçıb yuxusu,
Yurdumu tərk edib hayın çoxusu.
Bax, gəlir havadan bahar qoxusu,
Qızılgül çətirli payızım mənim

Ordum raket atdı,ordum top atdı,
Zalım düşmənimin bağrın qopartdı.
Sən özün elə bir dastan yaratdın,
Yüz milyon sətirli payızım mənim.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.6.2021 05:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu