Nabatmısan, noğulmusan,
Şirinlikdən boğulmusan?
Sən payızda doğulmusan,
Gəl ay mənim payız oğlum.
Məndən bunca uzaqlığın,
Sadəliyin, ufaqlığın.
Göz önündə uşaqlığın,
Mənsiz tənha, yalqız oğlum.
Oğlun səni arayacaq,
Külək telin darayacaq.
Ömrün boyu qoruyacaq,
Səni sevgim yalnız, oğlum.
Kayıt Tarihi : 8.10.2019 06:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!