Baxıram nur çilənib,
Qüssəli baxışına.
Nə qədər gur çilənib,
Al-əlvan naxışına.
Hər naxış bir möcüzə,
Hər naxış bir aləmdir.
Dayanmışıq üz-üzə,
Yazı yazan qələmdir...
Hər tərəf bəmbəyazdır.
Bürünüb çöllər çənə.
Qonağın yaşıl yazdır,
Payızsa gəlib mənə.
Kayıt Tarihi : 8.4.2020 09:33:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!