Hər bir tərəf bəmbəyazdır,
Bürünübdür çöllər çənə,
Təbiətdə yaşıl yazdır,
Nədən payız gəlib mənə.
Al günəşin işıltısı,
Yaxşı qızdırmayır məni.
Çiçəklərin mışıltısı,
Düzdə azdırmayır məni.
Özün payız, əksin bahar.
Həm soyuqsan, həm də isti.
Ürəyimdə yeriniz var,
Nə sən, nə də bahar pisdi.
Kayıt Tarihi : 29.3.2020 14:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!