Öz qaranlıq zülmətinlə,
Işığımı kəsmisən.
Azalmayan nifrətinlə,
Başım üstdə əsmisən.
Qaytarmısan vüsalımın
Uçub gedən mürgüsün.
Yox olacaq qumsalımın.
Qaldırmısan hörgüsün.
Mənim sürgün xəyallarım,
Səni məst etməyəcək.
Artacaq dərd-bəlaların,
Hələ pəs etməyəcək.
Xəyanətin qara fonu,
Yansıyıbdır üzünə.
Həqiqətin acı tonu,
Deyiləcək düzünə.
Sən şerimin qəhrəmanı,
Ola bilməyəcəksən.
Çatacaqdır qəhr anın,
Dola bilməyəcəksən.
Bilirsənmi, ağır olur.
Həqiqətin üsyanı.
Gah zalım, gah fağır olur,
Qaranlıqdır üst yanı.
Gecə-gündüz məşəqqətin.
Əlindəcə qalmışam.
Son sözümü deyim qəti,
Mən payımı almışam.
09.05.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!