Bir az özündən danış,
Qədərinlə gəl barış.
Sevinəcək dost-tanış,
Patlayacaq paxıllar.
Manatın yoxluğundan,
Qəpiyin toxluğundan,
Pulların çoxluğundan,
Çartlayacaq daxıllar.
Bax közərən közlərə,
Işıq verir gözlərə.
Inanma yad sözlərə,
Bizə böhtan yaxırlar.
Ay məhəllə uşağı,
Bax eyvandan aşağı.
Görən tək göy qurşağı,
Şimşək olub çaxırlar.
Gül camallı görəndə,
Qeylü-qallı görəndə.
Varlı-hallı görəndə,
Əriyibən axırlar.
Kayıt Tarihi : 25.2.2021 05:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!