Paslanmış yaddaş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Paslanmış yaddaş

Bulud qar yuxudan oyanıb gedər,.
Gedər istəklərin bitdiyi yerə.
Gah mavi, gah qara boyanıb gedər,
Gedər nəm rənglərin bitdiyi yerə.

Əsəbdən qaralan şişman buludlar,
Çökür,şəhərimin üstünə çökür.
Xəyal oylağıma düşmən ümidlər,
Sökür qəhərimi, içindən sökür.

Tanrının istəyi, arzusu qədər,
Üz tutub gedirəm sonuna kimi.
Bunca göz yaşları getdimi hədər,
Bir nakam sevginin sonu var kimi.

Izləyir küləklər addımbaddım,
Hisslərim köksümə sığışmır, neynim.
Yaxşınının üstündə yazılıb adı,
Pislərim özünə yığışmır, neynim.

Qaralmış toxumu göy çəmənlərə,
Səpərlər ümidin göz yaşı kimi.
Saralmış xatirən itər beynimdən,
Xəyalın paslanmış yaddaşı kimi.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu