Qəlbimi açmağa yetmir kəlmələr,
Halıma qarışır yersiz gəlmələr.
Yağar narın-narın inci damlalar,
Təpədən dırnağa isladar məni.
Qayıt,xatırlayaq ötən illəri,
Soyuyub, bumbuzdur ocaq külləri.
Gözümü oxşayan bahar gülləri,
Başdan ayağadək süslədər məni.
Üşüdər fələyin gizlin baxışı,
Amansız taleyin qara naxışı.
Soyuq ümidlərin miskin axışı,
Bənzəyər şırnağa.Pasladar məni.
Kayıt Tarihi : 26.5.2022 08:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!