Kamanımın simisən,
Məhəbbətin himisən.
Parlaq tablo kimisən,
Surətin gözümdədir.
Ayrılığı danarsan,
Ilk eşqini anarsan.
Yansam, sən də yanarsan,
Atəşin közümdədir.
Duman düzə çökülməz?
Göydən ulduz tökülməz?
Ilmələrin sökülməz,
Varlığın özümdədir.
04.05.2019
Kayıt Tarihi : 9.5.2019 11:10:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!