Bu dünyanın dərd-qəmisən,
Vaxtı ötmüş bir zəmisən.
Tənha üzən ağ gəmisən,
Endir bayraq doru, ürək.
Qabağında dərd işin var,
Önu çözmək vərdişin var.
Kimsələrdə nə işin var,
Sən özünü qoru, ürək.
Arzusu qəlbində qalar,
Yerə-göyə səda salar.
Xarın özün əsir alar,
Toxuduğu toru, ürək.
Ala gözü nəm yaşıyır,
Sevinci az, kəm yaşıyır.
Özü ilə qəm daşıyır,
Gördüyün ağ boru, ürək.
Zərbə aldın yar daşından,
Nə gördün dost-qardaşından.
Uzaq düşmə sirdaşından
Ayrılıq tez yoru,ürək.
Kayıt Tarihi : 21.4.2022 14:52:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/04/21/ozunu-qoru.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!