Gördüm dərdin yüzünü,
Su basıbdıq düzünü.
Bəlkə görəm üzünü,
Göz dikmişəm fəzaya,
Dediyini etdik ki,
Vüsalına yetdik ki...
Nədən qurban getdik ki,
Görünməz bir qəzaya.
Uzaqlaşıb karvanım,
Onda qaldı dərmanım.
Özün oxu fərmanı,
Layiqəmsə cəzaya...
Kayıt Tarihi : 12.3.2020 14:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!