Özümden qabaq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Özümden qabaq

Bir gələn yox canım, üzü bəriyə,
Qanayan yaramı bəlkə səriyə.
Nə qaldı a dostum, səndən geriyə,
Xatirən ölübdür özündən qabaq.

Surətin gözümdən bir an getməyir,
Könlümün dediyin fələk etməyir.
Iradəm çatsa da gücüm yetməyir,
Dostum, səbr gəlir dözümdən qabaq.

Gah Ay tək səmadan mənə baxırsan,
Gah da şimşək olub qəfil çaxırsan.
Elə yandırırsan, elə yaxırsan,
Ürəyim alışır közündən qabaq.

Dağlardan qara yel əsər, bilirsən,
Köksümdə sarı tel əsər. Bilirsən.
Qarşımı qayalar kəsər, bilirsən
Laləli-nərgizli düzündən qabaq.

Duyğular çuğlaşar lap cəng şəklində,
Qayğılar dalaşar pələng şəklində.
Düz yüz bir gül gələr çələng şəklində,
Gözümün yaşının yüzündən qabaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 18:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu