Özüm, yar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Özüm, yar

Mən nəğmə deyiləm ki,
Hər dodaqda gəzim, yar.
Mən tikan deyiləm ki,
Gülün bağrın əzim, yar.

Sən baxmadın sözümə,
Su tökdün eşq közünə.
Qəmli baxan gözünə,
Qurban olum özüm, yar.

Bir gün məni səslədin,
“Ayrılmalıylıq”-dedin.
Sən nə etdin, bilmədin
Yoxdur sənə sözüm, yar.

Illər keçdikcə zaman.
Olur yarama dərman.
Kəsib qapını hicran,
Sənsiz necə dözüm, yar.

Məni görüb dayandın,
Görən nələri andın.
Xatirimdə oyandı,
Görüşümüz bizim, yar.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!