Əziz dost sandığım xamlayar məni,
Aramla, astaca yanlayar məni.
Deyirəm suçsuzam.Danlayar məni.
Bunca həqarətə dözüm, qayıdım.
Ah, zalım hökmünü veribdir zaman,
Qapıda dayanıb ayrılıq.Aman.
Deyirsən günahkar deyiləm inan
And iç məhəbbətə,özüm qayıdım.
Bircə an sönməz ki odu, atəşi.
Yandırar göy otu, yaşıl küləşi.
Elə parıldayar sevda günəşi,
Yanar hərarətə közüm, qayıdım.
Gecə də, gündüz də karvan yol gedər,
Günlərin birində mənzilə yetər.
Elə hey yarımı günhkar edər,
Vardır nəqarətə sözüm,qayıdım.
Kayıt Tarihi : 2.7.2021 19:05:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/07/02/ozum-qayidim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!