Göy səmadan ulduz axdı,
Fələk qola qandal taxdı,
Ağlamırdım neçə vaxtdı,
Səni gördüm, gözüm doldu.
Kədər bizi pusub durdu,
Vüsalsa qan qusub durdu.
Rastlaşanda susub durduq,
“Salam”-ilk, son sözüm oldu.
Açılmayan koddu həsrət,
Közü sönməz oddu həsrət.
Bu oyunda uddu həsrət,
Uduzansa dözüm oldu.
Qəm üstündə dayanıram,
Qarasına boyanıram.
Neynəyim ki hey yanıram,
Sönəmmirəm, közüm boldu.
Aldanmadım şan-şöhrətə,
Layiqdim saf məhəbbətə.
Bu hicrana, bu möhnətə.
Günahkar tək özüm oldum.
Kayıt Tarihi : 30.6.2018 13:41:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/ozum-oldum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!