Dönmə eşqin kənizinə,
Saralmış qul bənizinə.
Xəyalımın dənizinə,
Cumma, cumma gözüm mənim.
Olub-keçənləri unut,
Ürəyini dərdlə ovut.
Soyuq qəlbdən atəşin od,
Umma, umma közüm mənim.
Hicrin evi uçuq olsun,
Həsrət baxıb qıcıq olsun.
Daim əlin açıq olsun,
Yumma, yumma özüm mənim.
09.08.2018
Kayıt Tarihi : 7.9.2018 08:05:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/09/07/ozum-menim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!