Xəyalı uzağa uçmuş,
Hər yediyi olmadı nuş,
Bir gün ürək adlanan quş
Tərk eylədi qəfəsini.
Bu dünyadan nə tez doydun,
Sən ki bitməz dastan, boydun.
Heyf, qursağında qoydun,
Vüsalının həvəsini.
Ruhun səmaya ötürə,
Nə ola, külək gətirəə
Gətirib də tez yetirə.
Özləyirəm nəfəsini.
Kayıt Tarihi : 28.3.2021 17:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!