Özlemek(darıxmaq) Şiiri - Dr İlhame Müsl ...

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Özlemek(darıxmaq)


Gedən gedir… heç düşünmür qalanı…
Qalanınsa cəhənnəmdi hər anı…
Özləməkdir səni dərdə salanı,
Ürəyindən vurulmaqdı darıxmaq.

Külək döyən qapını o sanarsan….
Həsrətinin soyuğundan donarsan,
Yoxdu deyə için-için yanarsan…
Öz yağında qovrulmaqdı darıxmaq.

Ətirinin qoxusu var otaqda,
Saçlarının teli gəzər yataqda…
Gecələri uyuyarsan ayaqda,
Göz yaşıyla yoğrulmaqdı darıxmaq.

Küçələrdə axtararsan izini,
Yada düşər xatirənin həzini…
Xatırlayıb baxışını, sözünü ,
Küləklərlə sovrulmaqdı darıxmaq.

O getdisə həyat durar gözündə,
Güzgülərdə tanış gəlməz üzün də…
Öz-özünü tapammazsan özün də…
Gedən ilə yox olmaqdı darıxmaq.

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!