Qayalarda qaldı ünün,
Alışdırsan bir köz, gələr.
Ay əzizim, yaxşı günün
Dərdə-qəmə sən döz, gələr.
Sevgi qəlbdə daim yaşar,
Sahilini bəzən aşar.
Xəzər kimi dolub-daşan,
Ürəyimə min söz gələr.
Fələk aparar çoxumu,
Səpələr həsrət toxumu.
Ayrı düşər qan qohumu,
Doğmalaşar yad özgələr.
Kayıt Tarihi : 30.6.2018 13:42:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/ozgeler.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!